Ana Sayfa > Manşet / Gündəm > İsa Həbibbəylini vəzifəsindən azad edildi

İsa Həbibbəylini vəzifəsindən azad edildi


9-01-2021, 11:27. Yazar: azer
İsa Həbibbəylini vəzifəsindən azad edildi

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin tərkibinin formalaşdırılması istiqamətində birinci vitse-prezident vəzifələri ləğv olunaraq yalnız bir vitse-prezident vəzifəsi təsis olunub.

Bu barədə AMEA-nın yanvarın 8-də keçirilən iclasında qərar qəbul edilib. Belə ki, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilib. Onlar AMEA-nın vitse-prezidenti vəzifəsinə seçiliblər.

Akademik Dilqəm Tağıyev AMEA-nın birinci vitse-prezidenti seçilib.

Eyni zamanda akademik Vaqif Fərzəliyev AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi Şurasının sədri seçilib.
Geri dön