Ana Sayfa > Media / Aia TV / Karusel > Dostunun təkidi ilə “super loto” oynayan bir nəfər bir anda milyonçu olub
Dostunun təkidi ilə “super loto” oynayan bir nəfər bir anda milyonçu olub13-07-2015, 13:58. Yazar: admin |
Hadisə Türkiyənin Tekirdağ vilayətində baş verib. İyulun 9-da oynan “24, 34, 35, 42, 43 və 49 rəqəmləri bir nəfərə 2 milyon 140 min 568 lirə 5 quruş (840 min 173 manat) qazandırıb. Uduş qazanılan şöbənin işçisi qazanan şəxsin hələlik gəlmədiyini deyib. Şöbə əməkdaşı həmçinin bildirib ki, bəxti gətirən şəxs “super loto”nu dostunun təkidi ilə oynayıb. “Pul udan şəxs bir nəfərlə gəlmişdi. Dostu kupon doldursa da özü oynamaq istəmirdi. Dostu təkid etdiyi üçün o da oynadı. Bundan sonra bir kupon özü doldurdu, bir kupon da cihazda doldurdu. Hansı kuponun udduğunu bilmirəm. Amma deyəsən cekpot cihazda doldurulan kupona çıxıb”. Cekpot udan şəxsin ictimai nəqliyyatda sürücü olduğunu deyən şöbə işçisi onun barəsində çox da məlumata sahib olmadığını bildirib. “Cekpot bizim şəhərə çıxdığı üçün sevinirəm. Hesab edirəm ki, pulunu cümə günü götürüb. Amma buralara gəlməyib. Onu hələ də gözləyirik. Udulan məbləğ 2 milyon 140 min. Bizim şəhərdə çox da cekpot çıxmaz. Eşitdiyimə görə bu, Tekirdağda udulan ən böyük məbləğdir...”(big.az) Geri dön |