Ana Sayfa > Parlament > Nazirliyin xətti ilə sağlamlıq imkanları məhdud 40 uşağa planşet paylanılıb

Nazirliyin xətti ilə sağlamlıq imkanları məhdud 40 uşağa planşet paylanılıb


6-01-2021, 17:00. Yazar: sevinc1
Nazirliyin xətti ilə sağlamlıq imkanları məhdud 40 uşağa planşet paylanılıb


"Şəhid ailələrinə maddi və mənəvi dəstək” İctimai Birliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi arasında bağlanmış Bakı şəhəri üzrə "Sağlamlıq imkanları məhdud uşaqların həyat bacarıqlarının formalaşdırılması istiqamətində multimedia vəsaitlərinin hazırlanması-”adlı layihəsinə yekun vurub.

Təşkilatdan verilən məlumata görə, layihə çərçivəsində Bakı şəhərinin Yasamal, Səbail, Nərimanov və digər rayonlarından olan 40 sağlamlıq imkanları məhdud uşağa planşet təqdim olunub. Təqdim olunan planşetlərin internətə qoşulması həyata keçirilib.

Uşaqlara planşetdən istifadə qaydaları və multumedia vasitələrinin hazırlanması istiqamətində iş aparılıb.

aia.az
Geri dön