Ana Sayfa > Siyasət > Azərbaycan daha da inkişaf edəcək və güclənəckdir
Azərbaycan daha da inkişaf edəcək və güclənəckdir8-01-2021, 14:24. Yazar: sevinc1 |
Qeyd etməliyik ki, 2020-ci il bütün dünyada ağır sınaq ili kimi yadda qalacaqdır. Pandemiyanın gətirdiyi çətinliklər və yaratdığı fəsadlar özünü göstərməkdədir. Azərbaycan üçün isə bu il həm də müasir tariximizin ən şərəfli və şanlı səhifəsi oldu. 30 ilə yaxın idi ki, biz Qarabağ həsrəti ilə yaşayırdıq və nəhayət bu həsrət ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin və müzəffər Azərbaycan ordusunun sayəsində bitdi. 44 günlük Vətən müharibəsində qazanışlmış qələbənin böyük tarixi əhəmiyyəti vardır. Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə yanaşı, cənubi Qafqazda yeni erməni faşizmini məhv etdi. Cənab Prezident həmişə deyir ki, "mənim sözüm imzam qədər qüvvətlidir”. O, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağı və bunun istənilən yolla təmin ediləcəyinə dair vədini yerinə yetirdi. Bunun üçün isə dövlət həm siyasi, iqtisadi, hərbi və həm də mənəvi cəhətdən buna hazır olmalı idi. Ötən illər ərzində ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində biz bu Qələbəyə nail olduq. Bununla bağlı 2020 ci ilin yekunlarına həsr olunmuş videomüşavirədə cənab Prezident bir daha vurğuladı ki, Azərbaycan ədalətli müharibə apardı. Ermənistandan fərqli olaraq hətta hərbi əməliyyatlar dövründə yalnız hərbi hədəflərə qarşı əməliyyatlar aparıldı, dinc əhalinin hədəfə götürülmədi. Həm müharibə zamanı, həm də müharibədən sonrakı dövrdə biz öz humanist siyasətimizi nümayiş etdirdik. 90- cı illərdə erməni vandalları bizim vətəndaşlarımıza vaxt vermədi, onlara qarşı vəhşiliklər etdi, o insanların bir çoxu dağ yollarında dondular, həlak oldular.Lakin buna baxmayaraq ki, ərazilərin boşaldılması üçün düşmənə vaxt verildi, onlara öz əşyalarını rahat şəkildə daşımalarına icazə verildi. Artıq bölgədə yeni format yaranmağa başlayır və bu layihənin əsas tərəflərindən biri Azərbaycandır. Yeni şərait və reallıqlar yaranmışdır. Bununla bağlı 2020 ci ilin yekunlarına həsr olunmuş videomüşavirədə cənab Prezident öz proqram xarakterli çıxışında Hökumətin qarşısında çox mühüm vəzifələr və öhdəliklər qoydu. Əlbəttə ki, bu il işğaldan azad olunmuş ərazilərimizdə bərpa- quruculuq işlərinə xüsusi diqqət ayrılacaqdır, yerüstü və yeraltı sərvətlərlə zəngin olan bu əraziləri inkişafı bütövlükdə ölkənin iqtisadi imkanlarının artmasın səbəb olacaqdır. Hazırda qarşıda duran vəzifə Qələbəni siyasi yolla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına imkan verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaqdan ibarətdir. Hökumət tərəfindən müharibə zamanı zərər çəkmiş ailələrə müvafiq yardımlar göstərilir. Həmin müşavirədə cənab Prezident Gəncədə Ermənistan ordusunun raketlərlə dağıtdığı evlərin başqa yerlərdə bərpa olunması, həmi ərazilərin isə xatirə komplekslərinə çevrilməsi məsələni önə çəkdi. Bu çox mühüm və prisipial məsələdir. Çünki, bu tarixi fakt həm gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə alması, həm də dünya ictimaiyyətinin erməni faşizmi haqqında müfəssəl məlumatı olması baxımından əhəmiyyətlidir.Bu həm də tarixi qan yaddaşıdır. CənabPrezident işğaldan azad olunmuş ərazilərin bərpası ilə əlaqədar vahid konsepsiyanın olmasını xüsusi olaraq qeyd etdi . Cənab Prezident Azərbaycanın icazəsi olmadan xarici ölkə vətəndaşlarının, rəsmi şəxslərinin, o cümlədən Fransa parlamentarilərinin, Ermənistan XİN rəhbərinin Dağlıq Qarabağa səfərlsülhməramlıların bəzi fəaliyyətlərinin yolverilməzliyini qeyd etmişdir. Bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən bəyanat verilmişdir. Əlbəttə ki, bu məsələ haqlı olaraq cəmiyyətimizi narahat edir. Cənab Prezidentin "əgər belə təxribatçı addımlar davam edəcəksə, Azərbaycanın sərt cavab verəcəyi” ilə bağlı fikirləri vətəndaşlarımızın narahatlığına son qoyacaqdır. Azərbaycanın prinsipial mövqeyi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsaslanır. Bu bəyanatda təsbit olunmamış heç bir fəaliyyət həyata keçirilə bilməz. Yaxud Azərbaycanın buna prinsipial icazəsi olmalıdır. Azərbaycan hazırda ərazidə vəziyyəti başa düşür və humanitar məsələlərin həllinə razılığını veribdir. Lakin bundan sui-istifadə yolverilməzdir və qarşısı alınacaqdır. Ermənilər Ermənistan ərazisindən Azərbaycan ərazisinə keçərək diversiya, terror törətməyə cəhd göstəriblər. Onlar terrorçu və diversantlardır. Lakin Azərbaycan tərəfi yenə də humanizm göstərərək onları məhv etmədi, əsir götürdü.Həmin terrorçular öz qanunsuz əməllərinə görə məsuliyyətə cəlb olunacaqlar. Lakin bunula yanaşı ölkə başçısı növbəti dəfə Ermənistanı xəbərdar etdi: "Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalı və təxribatçı addımlar atmamalıdır”. Əks təqdirdə bunun cavabı sərt olacaq və Ermənistan böyük ptoblemlə üzləşəcəkdir. 2019-cu ildən başlanan kadr islahatları, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə 020-ci ildə də davam etdirildi və bu il də prioritet olacaqdır. Ölkənin daxilində baş verən siyasi proseslər, sosial və idarəetmə sahəsində aparılan islahatlar həm əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, həm də dövlətimizin daha da gücləndirilməsinə öz mühüm və müsbət təsirini göstərir. Azərbaycanda siyasi islahatlara start verildi, keçirilmiş son parlament seçkilərində müxalifət nümayəndələri parlamentin rəhbər orqanlarına seçildilər. Ölkədə yeni siyasi konfiqurasiya, siyasi mədəniyyət və dialoq mühiti formalaşmışdır. Lakin əlbəttə ki, anti milli şura xain və satqın simasını yenə də nümayiş etdirir, düşmənin və onun havadarlarının dəyirmanına su tökür. Xalqımızın qələbəsini, gücünü gözdən salmağa çalışır. Ancaq öz istəklərinə nail olmayacaqlar, çünki heç kim onlara inanmır. Azərbaycan pandemiyanın başladığı ilk günlərdən mübarizədə özünəməxsus yol seçən ölkələrdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Hökumət koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri qarşılamaq üçün vaxtında və uğurlu tədbirlər hazırlayaraq həyata keçirir. Elə bu layihələrin də əsasında insan, onun rihafı, sosial cəhətdən müdafiəsi dayanır. Artıq peyvəndlə bağlı məsələlər də öz həllini tapmaqdadır. Aparılan qətiyyətli tədbirlərin nəticəsidir ki, bütün çətinliklərə baxmayaraq, ölkəmizdə iqtisadi azalma olsa da bu digər ölkələrlə müqayisədə çox az olacaqdır. Pandemiyanın yaratdığı qlobal böhran bütün dünya ölkələrində iqtisadi artımın geriləmə ilə əvəz olunmasına gətirib çıxaracaq. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə pandemiya nəticəsində qlobal iqtisadiyyat ümumilikdə 2020-ci ildə 3 faiz, Orta Şərq və Mərkəzi Asiyanın neft ixrac edən ölkələrinin iqtisadiyyatı isə 3,9 faiz azalacaq. Fond ilin sonuna Azərbaycan iqtisadiyyatının cəmi 2,2 faiz kiçiləcəyini gözləyir. Bu isə o deməkdir ki, ölkəmiz Orta Şərq və Mərkəzi Asiyada neft-qaz ixrac edən 11 ölkə arasında pandemiyadan ən az zərər çəkənlərin ilk üçlüyündədir. Digər ölkələrlə müqayisədə Azərbaycan pandemiya ilindən daha az itkilərlə çıxdı. Qeyri neft sənayesi 11 faiz, orta əmək haqqı və pensiyalar 13-14 faiz, kənd təsərrüfatı 2 faiz artıb. Neft Fondunun vəsaitləri çoxalıb. Sosial sahədə böyük tədbirlər həyata keçirilib. Bütün bunlar neftin qiymətinin aşağı düşdüyü, pandemiya, müharibə ilində baş verib. Bu, Azərbaycan dövlətinin gücünü və aparılan siyasətin düzgünlüyünü aydın göstərir. Azərbaycanın inkişafını beynəlxalq reytinq təşkilatları da təsdiq edirlər.Belə ki, beynəlxalq maliyyə-iqtisadi qurumlar Azərbaycanda iqtisadi durumu yüksək qiymətləndirirlər. Davos Ümumdünya İqtisadi Forumunun hesabatının bəzi parametrlərini qeyd etmək istərdim. Əhalinin elektrik təchizatı səviyyəsi - dünya miqyasında Azərbaycan ikinci yerdədir. İkinci yerdədir dünya miqyasında. Hökumətin dəyişməyə cavabdehliyi, yəni ki, islahatçı obrazı əmsalına görə Azərbaycan dünya miqyasında beşinci yerdədir. Hökumətin uzunmüddətli strategiyası - Azərbaycan 10-cu yerdədir. Hökumətin siyasi sabitliyi təmin etməsi - Azərbaycan 11-ci yerdədir. İnfrastruktur layihələri ilə bağlı - dəmir yolu xidmətlərinin səmərəliliyi 11-ci yerdədir. Hava yolları xidmətlərinin səmərəliliyi – 12-ci yer. Avtomobil yollarının keyfiyyəti - 24-27-ci yerlərdəyik. Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılmışdır. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir. Cənub Qaz Dəhlizinin tamamlanması və TAP vasitəsilə Azərbaycan qazınln dünya bazarına çatdırılması tarixi nailiyyətdir. Bu ölkəmizə yeni dividentlər gətirəcəkdir. 2021-ci il ölkəmizdə geniş bərpa - quruculuq layihələri həyata keçiriləcəkdir yeni siyasi formatlar yaranacaqdir, iqtisadi layihələr reallaşacaqdır. Bütün bunlar isə Azərbyacanı daha da gücləndirəcəkdir, vətəndaşımızın rifahı artacaqdır. Hər birimiz çalışmalıyıq ki, bu işdə öz töhfəmizi verək. Hicran Hüseynova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Geri dön |