Ana Sayfa > Manşet / Siyasət > Azərbaycan haqlı mübarizə aparır və Türkiyə hər zaman haqlı tərəfin yanındadır -
Azərbaycan haqlı mübarizə aparır və Türkiyə hər zaman haqlı tərəfin yanındadır -8-01-2021, 13:08. Yazar: sevinc1 |
Azərbaycan həm tarixi, həm də hüquqi baxımdan haqlı mübarizənin içindədir və Türkiyə hər zaman haqlı tərəfin yanındadır. Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib. O bildirib ki, Ermənistan bölgədə təkcə Azərbaycanla problem yaşamır: "Ermənistan regiondakı bütün ölkələri təhlükə altına qoyan aqressiv münasibət sərgiləyir. Onlar Rusiyanı münaqişəyə cəlb etməyə çalışdı, Naxçıvana hücumları ilə Türkiyəni münaqişəyə çəkməyə çalışdı." M.Şentop əlavə edib ki, Türkiyənin Azərbaycanı bu haqlı mübarizəsində dəstəkləməsinin bəzi səbəbləri var: "Bunlardan birincisi, mütəmadi ifadə etdiyimiz “tək millət, iki dövlət” anlayışıdır. Bu, sadəcə bir şüar deyil. Türkiyədən nümayəndələrin iştirak etmədiyi bəzi beynəlxalq tədbirlərdə ölkəmizə qarşı olan fikirlərə, hücumlara, tənqidlərə azərbaycanlı siyasilər cavab veriblər. Bənzər addımı Türkiyə də atıb. Yaxın zamanlarda da Azərbaycanın başda Prezident İlham Əliyev olmaqla çox açıq şəkildə beynəlxalq problemlərlə bağlı Türkiyənin yanında olduğunu gördük". Geri dön |