Ana Sayfa > İqtisadiyyat > Yunanıstan TAP vasitəsilə Azərbaycan qazını almağa başlayıb

Yunanıstan TAP vasitəsilə Azərbaycan qazını almağa başlayıb


8-01-2021, 11:51. Yazar: sevinc1
Yunanıstan TAP vasitəsilə Azərbaycan qazını almağa başlayıb



Trans-Adriatik qaz kəməri (TAP) ilə Xəzər regionundan Yunanıstana təbii qaz tədarükü başlayıb.

Trend bu barədə Yunanıstanın DEPA şirkətinə istinadən məlumat verir.

Qeyd olunub ki. 2013-cü ilin sentyabrında şirkət "Şahdəniz" konsorsiumu ilə qaz tədarükü ilə bağlı 25 illik müqavilə imzalayıb:

"TAP vasitəsilə kommersiya tədarükünün başlaması ilə Yunanıstan tədarük strukturunu daha çox şaxələndirəcək. Bu layihə rəqabətqabiliyyətli qaz qiymətlərini təmin edəcək və bunun faydasını daha çox istehlakçılar görəcək".

Qeyd edək ki, 2020-ci il dekabrın 31-də Azərbaycan qazının TAP vasitəsilə Avropaya tədarükü başlayıb.

aia.az
Geri dön