Ana Sayfa > Dünya > Tramp tərəfdarlarına müraciət etdi:

Tramp tərəfdarlarına müraciət etdi:


8-01-2021, 10:57. Yazar: sevinc1
Tramp tərəfdarlarına müraciət etdi:


ABŞ-ın hazırkı Prezidenti Donald Tramp Konqres tərəfindən seçki nəticələrinin təsdiqlənməsindən sonra tərəfdarlarını “hər şeyin indi başladığına” əmin edib.

Bu barədə dövlət başçısının “Twitter” hesabında yayımlanan videomüraciətində qeyd olunub.

“Ölkəmizin vətəndaşlarına: sizə prezident postunda xidmət etmək şərəf idi. Mənim bütün möhtəşəm tərəfdarlarıma: bilirəm ki, məyus olmusunuz, ancaq həmçinin, istəyirəm biləsiniz ki, bizim inanılmaz səyahətimiz indi başlayır”, - deyə D.Tramp bildirib.

aia.az
Geri dön