Ana Sayfa > İqtisadiyyat > Daha bir dəyişiklik təsdiq olundu
Daha bir dəyişiklik təsdiq olundu12-04-2016, 10:52. Yazar: admin |
Prezident İlham Əliyev "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2016-cı il 4 mart tarixli qanunun tətbiqi və "Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası"nın təsdiq edilməsi haqqında fərman imzalayıb. "AİA.az" trend-ə istinadən xəbər verir ki, fərmanla müəyyən edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Prezidenti həyata keçirir. Nazirlər Kabineti: - bu fərmanın 2-ci hissəsi ilə təsdiq edilən "Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası"nın 3.1.1-ci yarımbəndinə uyğun olaraq, satınalan təşkilatların ərzaq məhsullarına tələbatı barədə məlumatların formasını bir ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat versin; - həmin Qaydanın 3.1.2-ci yarımbəndinə uyğun olaraq, satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə elanın formasını bir ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat versin; - həmin Qaydanın 3.9-cu bəndinə uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə tədarük və təchizat agenti arasında, satınalan təşkilatlarla tədarük və təchizat agenti arasında və tədarük və təchizat agenti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan müqavilələrin nümunəvi formalarını bir ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat versin; - həmin Qaydanın 4.2-ci bəndinə uyğun olaraq, satınalan təşkilatlarla tədarük və təchizat agenti arasında, tədarük və təchizat agenti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan müqavilələr barədə məlumat formasını bir ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat versin; - Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; - Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin; - mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; - həmin qanundan irəli gələn digər məsələləri həll etsin. Kənd Təsərrüfatı Nazirliyi: - bu fərmanın 2-ci hissəsi ilə təsdiq edilən "Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası"na uyğun olaraq "Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı" elektron portalını Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə yaratsın və onun istifadəyə verilməsini iki ay müddətində təmin etsin; - bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən "Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası"nın müddəalarının və "Satınalan təşkilatların ərzaq məhsullarına olan tələbatı" elektron portalının iş prinsipinin izahı ilə bağlı mütəmadi olaraq kütləvi informasiya vasitələrində məlumat verilməsini, habelə sosial reklamların hazırlanmasını və yayılmasını təmin etsin. Maliyyə Nazirliyi bu fərmanın 2-ci hissəsi ilə təsdiq edilən "Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası"nın 3.3-cü bəndinə uyğun olaraq, satınalan təşkilatlar üzrə ərzaq məhsullarının dəyərinin satınalan təşkilatlara ayrılması barədə məlumatın formasını bir ay müddətində müəyyən edəcək. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir. Geri dön |