Ana Sayfa > Karusel / Qərbi Azərbaycan / Seçilənlər-5 > COVİD-ə qarşı vaksinlər necə vurulacaq? -

COVİD-ə qarşı vaksinlər necə vurulacaq? -


7-01-2021, 18:10. Yazar: sevinc1
COVİD-ə qarşı vaksinlər necə vurulacaq? -


Biz COVİD-19-a qarşı vaksinlərin birinci dozasını vurdurduqdan 14-21 gündən sonra ikinci dozanı vuracaq, ikinci dozadan sonra bəlli anticisimlərin əmələ gəlməsini gözləyəcəyik. Bu, o deməkdir ki, bizim üçün nə qədər çətin olsa da, bir müddət vaksinasiya prosesindən sonra da tibbi maska istifadə edilməli, əl gigiyenası və sosial məsafəni saxlamaq qaydasına ciddi əməl edilməlidir.

Trend-in məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, birinci doza alan insanlar ikinci dozanı alana qədər yoluxma baxımından təhlükədə olacaqlar.

Y.Qarayeva bildirib ki, bütün dünyada vaksinasiyaya ilk olaraq tiibb işçilərindən başlanılır. Çünki onlar daha çox risk qrupuna daxildirlər.

TƏBİB rəsmisi əlavə edib ki, bütün peyvəndlər əks-təsirlər yarada bilər: “Peyvənd zamanı bədəndə bəlli reaksiyaların olması əksinə pis deyil, yaxşı göstəricidir. Peyvənddən sonra bəlli bir narahatlıq olmalıdır və o, orqanizmin peyvəndə rekasya verməsini göstərir. Peyvənddən qorxmaq lazım deyil. Biz bir çox xəstəliklərə peyvənd vasitəsilə qalib gəlmişik”.

aia.az
Geri dön