Ana Sayfa > Siyasət > XİN:

XİN:


7-01-2021, 17:31. Yazar: sevinc1
XİN:


Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin Azərbaycanın Qarabağ bölgəsinə Ermənistan rəsmilərinin qanunsuz səfərlərinə haqq qazandırmaq cəhdi və bunun 10 noyabr tarixli üçtərəfli bəyannamənin öhdəliklərinə zidd olmadığını iddia etməsi Ermənistan rəsmilərinin əfsuslar olsun ki, 30 il bundan öncə olduğu kimi, hələ də xəyallardan çıxış etdiyini və bölgədə mövcud olan yeni reallıqdan nəticə çıxarmadıqlarını nümayiş etdirir.

aia.az xəbər verir ki, bunu KİV-ə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva bildirib.

“Bu isə o deməkdir ki, Ermənistan rəhbərliyi Qarabağda yaşayan insanları, sülhü və təhlükəsizliyi, rifah şəraitində gələcək birgəyaşayışı deyil, keçmişə yönük, dar siyasi maraqlarını fikirləşir. Bu siyasətin Ermənistan üçün nə ilə nəticələndiyi isə göz qabağındadır, - deyə Leyla Abdullayeva əlavə edib.

aia.az
Geri dön