Ana Sayfa > Dünya > ABŞ-ın seçki sistemi müasir demokratik standartlara cavab vermir -

ABŞ-ın seçki sistemi müasir demokratik standartlara cavab vermir -


7-01-2021, 17:17. Yazar: sevinc1
ABŞ-ın seçki sistemi müasir demokratik standartlara cavab vermir -


Rusiya Vaşinqtonda ötən gün baş verənləri ABŞ-ın daxili işi hesab edir.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, ABŞ-dakı seçki sistemi köhnəlib:

"Bu, ABŞ-ın daxili işidir. Amma bir daha vurğulamaq lazımdır ki, ABŞ-ın seçki sistemi arxaikdir, müasir demokratik standartlara cavab vermir və çoxsaylı pozuntulara yol açır. ABŞ KİV-ləri isə siyasi mübarizənin alətinə çevrilib. Bu, hazırda ABŞ cəmiyyətində indi müşahidə olunan parçalanmaya gətirib çıxarıb".

aia.az
Geri dön