Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Bu ayın sonuna qədər Azərbaycana 4 milyon doza vaksinin gətirilməsi gözlənilir -

Bu ayın sonuna qədər Azərbaycana 4 milyon doza vaksinin gətirilməsi gözlənilir -


7-01-2021, 12:00. Yazar: sevinc1
Bu ayın sonuna qədər Azərbaycana 4 milyon doza vaksinin gətirilməsi gözlənilir -


Düşünürəm ki, koronavirusla mübarizə artıq özünün sonuncu mərhələsinə qədəmə qoyub. Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, vaksinasiya prosesi dünyanın qabaqcıl ölkələrində artıq başlayıb: “Azərbaycan da bu proseslərdə öndə gedən ölkələrdən biridir, vaksinlərin alınıb gətirilməsi ilə bağlı bütün dnışıqlar müsbət nəticələnib və mənim bildiyimə görə, yanvar ayının sonlarına doğru Azərbaycana 4 milyon doza vaksin gətiriləcək və bütövlükdə vaksinasiya dövrü fevral ayından gec olmayaraq başlayacaq.

Hesab edirəm ki, ilk növbədə bütün dünyada olduğu kimi ilk növbədə risk qrupuna daxil olan insanlar vaksinasiya olunmağa başlayacaq və vaksinlar əhaliyə dövlət hesabına vurulacaq. Vaksinasiya üçün hazırlıq işləri görülüb, personalın bu istiqamətdə məlumatlandırılması barədə işlər görülür. Düşünürəm ki, Azərbaycanda vaksinasiya qısa müddət ərzində tam keyfiyyətlə aparılacaq və qısa müddətdə biz koronavirusa tarixi keçmiş kimi baxacağıq”.

aia.az
Geri dön