Ana Sayfa > Təhsil > Təhsil Nazirliyi onun loqosundan istifadə edənlərlə bağlı açıqlama verdi
Təhsil Nazirliyi onun loqosundan istifadə edənlərlə bağlı açıqlama verdi6-01-2021, 17:48. Yazar: sevinc1 |
Son günlərdə Təhsil Nazirliyinin loqosundan istifadə edərək müxtəlif məzmunlu saxta məlumatların paylaşılması hallarına rast gəlinir. Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. O bildirib ki, bu hal ictimaiyyəti aldatmaq və mövcud qanunvericiliyin tələblərini pozmaqdır: "Təhsil Nazirliyi bildirir ki, nazirliyin loqosunun bu cür hallarda istifadəsi davam etdiyi təqdirdə müvafiq araşdırma aparılacaq və bu işi həyata keçirən şəxslər barədə hüquqi çərçivədə tədbirlər görüləcək". AİA.AZ Geri dön |