Ana Sayfa > Siyasət > Bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri Ermənistana fəlakət vəd edir -
Bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri Ermənistana fəlakət vəd edir -6-01-2021, 16:36. Yazar: sevinc1 |
Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri, burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirməsi və “sənədlər” imzalaması erməni quldur dəstələrinin Azərbaycan tərəfinə silahlı hücumları ilə eyni mahiyyətli bir hərəkətdir. Hər iki hal 10 noyabr tarixli üçtərəfli Bəyanata ziddir və bütün bunlara görə baş verəcək xoşagəlməz hadisələrə görə məsuliyyəti təkcə qarşı tərəfdəki hakimiyyət deyil, bütövlükdə Ermənistan dövləti daşıyır. Trend xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib. Azərbaycan güclü imkanlara malik dövlət olduğunu bildirən H.Kılıç deyib: “Ermənistan hakimiyyəti avantüradan uzaq dayanmalıdır. Anlamalıdır ki, Azərbaycan ərazi bütövlüyü ilə bağlı məsələlərdə işğalçıya heç bir güzəşt etməyəcək. Erməni rəsmi dairələrinin bəzi addımları, o cümlədən xarici işlər naziri Ara Ayvazyanın Azərbaycan sərhədini qanunsuz keçməsi hərbi əməliyyatların dayandırılmasından sonra bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın yaradılması istiqamətindəki səylərə qətiyyən uyğun gəlmir”. O əminliklə bildirib ki, bölgədəki Rusiya sülhməramlı qüvvələri bundan sonrakı dövrdə proseslərə daha məsuliyyətlə yanaşacaq və erməni tərəfinin siyasi-hərbi təxribatları ilə bağlı ciddi ölçü götürəcəklər. aia.az Geri dön |