Ana Sayfa > İqtisadiyyat > Xəzər dənizində qazma qurğusunun modernləşdirilməsinin bitəcəyi vaxt açıqlanıb
Xəzər dənizində qazma qurğusunun modernləşdirilməsinin bitəcəyi vaxt açıqlanıb5-01-2021, 11:02. Yazar: sevinc1 |
"Satti" qazma qurğusunun modernləşdirilməsi COVID-19 pandemiyasının səbəb olduğu ləngimələrlə əlaqədar başa çatmayıb. Bu barədə Trend-ə "Caspian Drilling Company" şirkətindən bildiriblər. Məlumata əsasən, modernləşdirilmə işlərinin bu il fevralın sonunadək başa çatdırılması planlaşdırılır. Bundan başqa, "Dədə Qorqud" qurğusunun işə cəlb olunması üçün müqavilə imzalanması barədə danışıqlar aparılır. Qeyd edək ki, Azərbaycanın “Caspian Drilling Company” və Qazaxıstanın “KazMunayQaz” şirkətləri “Satti” qaldırıcı üzən qazma qurğusunun öhdəliyə verilməsi barədə 2019-cu ilin iyununda müqavilə imzalayıb. "Satti" qurğusu Xəzər dənizində 80 metr dərinlikdə qazma işlərinin aparılması üçün nəzərdə tutulub. aia.az Geri dön |