Ana Sayfa > Karusel / Ölkə > Sərnişindaşımada qiymət artımı ilə bağlı müraciət etməmişik -

Sərnişindaşımada qiymət artımı ilə bağlı müraciət etməmişik -


5-01-2021, 09:55. Yazar: sevinc1
Sərnişindaşımada qiymət artımı ilə bağlı müraciət etməmişik -



Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib.

Bunu Trend-ə açıqlamasında agentliyin Mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, BNA tərəfindən gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib: "Bu məsələ hazırda gündəmdə də deyil. Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətiniN artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib".


aia.az
Geri dön