Ana Sayfa > Karusel / Ölkə > Əsir və girovluqdan azad edilənlər evə buraxılır

Əsir və girovluqdan azad edilənlər evə buraxılır


30-12-2020, 12:22. Yazar: sevinc1
Əsir və girovluqdan azad edilənlər evə buraxılır


Dekabrın 14-də Ermənistanın əsir və girovluğundan azad edilmiş həmvətənlərimizin qalan hissəsi bu gün evə buraxılacaqlar. Dilqəm Əsgərov artıq evə buraxılıb.

Bu barədə Azvision.az - a onun ailə üzvləri məlumat verib.

Şahbaz Quliyev də yaxın dəqiqələrdə ailəsinə qovuşacaq. Məlumatı bacısı İradə Quliyeva təsdiqləyib.

Bayram Kərimovun atası isə oğlunun saat 2-də buraxılacağını deyib: "Bayram bizimlə əlaqə saxladı. Dedi ki, saat 2-də bizi buraxacaqlar. Oğlumun qayınatası Bakıda yaşayır, onu qarşılayıb bizə gətirəcək”.

Əsirlikdən azad edilən Amin Musayev də gün ərzində ailəsinin yanında olacaq. Onun dayı Sənan Sadıqov deyib: "Amin və digərlərini evə buraxırlar. Özüm yoldayam, onu qarşılamağa gedirəm. Evdə anası, hər kəs onun yolunu səbirsizliklə gözləyir".

Qeyd edək ki, əsgər Amin Musayev və Bayram Kərimov Şuşa döyüşlərində yaralanaraq ermənilərə əsir düşmüşdülər.

Beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və cari ilin dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb. Həmin gün Amin Musayev və Bayram Kərimov əsirlikdən azad edilərək Azərbaycana gətiriliblər. Onlar müalicə almaq üçün hospitala yerləşdiriliblər.

aia.az
Geri dön