Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > “Baku Medical Plaza” – onlarla döyüşçü və şəhid ailəsinə pulsuz tibbi yardımlar edilib

“Baku Medical Plaza” – onlarla döyüşçü və şəhid ailəsinə pulsuz tibbi yardımlar edilib


30-12-2020, 12:05. Yazar: sevinc1
“Baku Medical Plaza” – onlarla döyüşçü və şəhid ailəsinə pulsuz tibbi yardımlar edilib



Birmənalı olaraq demək lazımdır ki, Azərbaycanın aparıcı tibb müəssisələrindən biri olan “Baku Medical Plaza” klinikalar şəbəkəsi artıq bu gün Avropanın istənilən müasir klinikası ilə rəqabət aparacaq bir səviyyəyə yüksələ bilib. Hazırda bu tibb müəssisəsi istər müalicə-diaqnostika avadanlığı ilə təminat, istərsə də tibbi kadrların hazırlıq səviyyəsi və peşəkarlığı baxımından ən müasir klinikalardan biridir. Xüsusilə qeyd etmək lazımdır ki, bu səhiyyə mərkəzinin elmi potensialı ildən-ilə yüksəlir. Ən son texnologiyaları tətbiq edən, daxildə, xaricdə təhsil alan və yüksək ixtisaslı mütəxəssislər peşəkarcasına işin öhdəsindən gəlməklə, “Baku Medical Plaza”nı ölkənin ən yaxşı tibbi mərkəzlərindən birinə çeviriblər.

Məlumdur ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək uğrunda apardığı və möhtəşəm tarixi qələbə ilə başa vurduğu Vətən müharibəsində əldə olunmuş zəfərdə həkimlərimizin də xüsusi rolu, danılmaz xidmətləri olmuşdur. O cümlədən müharibə dövründə “Baku Medical Plaza” (BMP) klinikalar şəbəkəsinin yüksək ixtisaslı həkim heyəti - travmatoloqlar, ümumi cərrahlar, torakal cərrahlar, damar cərrahı, pulmonoloq, infeksionist, anestezioloqlar, reanimatoloqlar və digər yüksək ixtisaslı həkimləri hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərimizin və mülki vətəndaşlarımızın müalicəsinə dəstək üçün cəbhə boyu ərazilərdəki klinikalarda könüllü olaraq xidmət etmişlər. Həmçinin BMP-nın yüksək ixtisaslı həkimləri ilə yanaşı peşəkar orta tibb personalı da böyük ruh yüksəkliyi ilə bu təşəbbüsə qoşulmuşdu. Eyni zamanda həkimlərin apardıqları cərrahi əməliyyatlar üçün gündəlik zəruri tibbi ləvazimat yardımı göndərməklə Baku Medical Plaza klinikasının kollektivi əsgər və zabitlərimizin qazandıqları uğurlara dəstəklərini bu cür göstərməyi də özlərinə borc bilmişlər. 28 sentyabrdan 70-ə yaxın həkim və tibbi personal maaşları saxlanılmaqla 300 min manatdan artıq tibbi ləvazimat və dərmanlarla birlikdə cəbhə bölgəsindəki xəstəxanalara ezam olunub, həmin xəstəxanalarda bu həkimlər yüzlərlə yaralını əməliyyat edərək həyatlarını xilas edib, reanimasion şəraitdə müalicələrini aparıblar. Çox sayda ağır yaralı əsgərimiz BMP-nın reanimasiya şöbələrində müalicə olunub. Həmçinin onlarla döyüşçü və şəhid ailəsinə pulsuz tibbi yardımlar edilib.

Qeyd olunmalıdır ki, bu gün bütün bəşəriyyətə meydan oxuyan COVİD-19 infeksiyasına qarşı mübarizədə də Baku Medical Plaza klinikası aktiv şəkildə iştirak etməkdədir. Artıq iki aydan çoxdur BMP-nın filiallarında COVID-19 infeksiyasının RT-PCR testi həyata keçirilir. Xəstəliyin diaqnozunun kompleks dəqiqləşdirilməsi, eyni zamanda xarici uçuşlar zamanı tələb olunan arayışın əldə olunması üçün vətəndaşlar klinikaya müraciət edə bilərlər. Klinikanın yüksək ixtisaslı peşəkar həkimlərin rəhbərlik etdiyi laboratoriyaları 24 saat əhalinin xidmətindədir. Bundan əlavə klinikaya getmədən, aşağıda qeyd olunan əlaqə nömrələrinə zəng edərək vətəndaşlar “Evdə laboratoriya xidməti”ndən də istifadə edə bilərlər. Bu zaman klinikanın əməkaşları evə gələrək pasiyentdən analiz üçün nümunə götürür və nəticələr gün ərzində vətəndaşa göndərilir.

Bir sözlə, 24 saat iş başında olan heyət, çoxfunksional tibbi mərkəz, qərb ölkələrində təhsil alan, xaricdən ölkəmizə göndərilən mütəxəssislər, müasir tibbi avadanlıqlar və bir çox digər məqamlarla “Baku Medical Plaza” bu gün səhiyyəmizin əsil flaqmanlarından birinə çevrilib.


Abbas Abbasov
Elbrus Bağırov
aia.az

Geri dön