Ana Sayfa > Manşet / Gündəm > Üç şəhid anası Azərbaycan vətəndaşlığına qəbul edildi
Üç şəhid anası Azərbaycan vətəndaşlığına qəbul edildi30-12-2020, 11:40. Yazar: sevinc1 |
![]() Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyini bildirən bir neçə şəhid anasının müraciətlərinə müsbət yanaşılıb və Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə onların hər biri Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib. Bu barədə aia.az -a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bu şəxslər - 2020-ci il 14 iyul Tovuz döyüşlərində şəhid olmuş və Azərbaycan Respublikası Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş Mirzəyev İlqar Anzor oğlunun anası - Mirzəyeva Gülnar Abdulla qızı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş və Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş Əliyev Romir Rəşadət oğlunun anası - Əliyeva Miroslava Petru qızı və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Məmmədov Rafiq Sahibulla oğlunun anası- Rotar Ana Andreyevnadır. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün Şəhidlərimizin ruhuna dərin ehtiramımızı bildiririk. Allah rəhmət eləsin! aia.az Geri dön |