Ana Sayfa > Parlament > İctimai yerdə aşkarlanan 21 koronavirus xəstəsi evə qaytarılıb

İctimai yerdə aşkarlanan 21 koronavirus xəstəsi evə qaytarılıb


29-12-2020, 10:24. Yazar: sevinc1
İctimai yerdə aşkarlanan 21 koronavirus xəstəsi evə qaytarılıb


COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

aia.az-ın məlumatına görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 28-də respublika ərazisində 21 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib saxlanılaraq yaşadıqları evlərə qaytarılıb.

15 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

aia.az
Geri dön