Ana Sayfa > Qərbi Azərbaycan > ÜST rəhbəri koronavirusun aşkarlanan ştammlarını səhiyyə üçün yeni çağırışlar kimi dəyərləndirib
ÜST rəhbəri koronavirusun aşkarlanan ştammlarını səhiyyə üçün yeni çağırışlar kimi dəyərləndirib29-12-2020, 09:20. Yazar: sevinc1 |
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, dünya ictimaiyyəti 2021-ci ildə Böyük Britaniya və Cənubi Afrikada Respublikasında aşkar olunanlar da daxil olmaqla koronavirusun yeni ştammlarının araşdırılmasına diqqət yetirməlidir. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinq zamanı deyib. O qeyd edib ki, 2021-ci ildə dünya ictimaiyyəti "yeni çağırışlar", o cümlədən koronavirusun yeni ştammları ilə qarşılaşacaq: "Hazırda biz virusda baş verən dəyişiklikləri, bu dəyişikliklərin virusun yayılmasına və insanlarda xəstəlik yaratmasına necə təsir etdiyini daha yaxşı anlamaq üçün dünyanın bir çox yerindəki alimlərlə işləyirik". Qebreyesus Böyük Britaniya və Cənubi Afrikada Respublikasına "sınaqlar keçirərək yeni ştammları aşkarladıqlarına görə" təşəkkür edib. ÜST rəhbəri dövlətləri epidemioloji və koronavirusun aşkar edilən yeni ştammlarının genomik ardıcıllığına dair məlumatları "ÜST və digər ölkələrlə bölüşməyə" çağırıb. Onun sözlərinə görə, dövlətlər "yeni elmi məlumatları şəffaf şəkildə paylaşdıqlarına görə cəzalandırılmamalıdırlar". aia.az Geri dön |