Ana Sayfa > Ölkə > Azərbaycanda 4359 nəfər COVID-19-dan sağalıb, 1703 nəfər yoluxub, 36 nəfər vəfat edib

Azərbaycanda 4359 nəfər COVID-19-dan sağalıb, 1703 nəfər yoluxub, 36 nəfər vəfat edib


25-12-2020, 18:08. Yazar: sevinc1
Azərbaycanda 4359 nəfər COVID-19-dan sağalıb, 1703 nəfər yoluxub, 36 nəfər vəfat edib



Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1703 yeni yoluxma faktı qeydə alınıb, 4359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 211 764 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 160 245 nəfər müalicə olunaraq sağalıb, 2 416 nəfər vəfat edib, aktiv xəstə sayı 49 103 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 300, ötən müddət ərzində isə ümumilikdə 2 129 291 test aparılıb.

aia.az
Geri dön