Ana Sayfa > Dünya > Erməni hüquqşünaslar Paşinyanın həbsini tələb edir
Erməni hüquqşünaslar Paşinyanın həbsini tələb edir25-12-2020, 14:49. Yazar: sevinc1 |
Erməni hüquqşünaslar baş nazir Nikol Paşinyanın həbsi tələbi ilə baş prokurora müraciət ediblər. Azvision.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. İyirmi hüquqşünasın baş prokuror Artur Davtyana müraciətində Paşinyana dövlətə xəyanət maddəsi ilə cinayət işinin başlanması tələb olunur. Onlar öz müraciətlərini Paşinyanın açıqlamaları əsasında hazırladıqlarını vurğulayıblar. Eyni zamanda digər vəzifəli şəxslərə qarşı da cinayət işinin açılmasını tələb ediblər. aia.az Geri dön |