Ana Sayfa > Siyasət > “Onların qisasını alacağıq...” - Zakir Həsənov

“Onların qisasını alacağıq...” - Zakir Həsənov


11-04-2016, 16:00. Yazar: admin
“Onların qisasını alacağıq...” - Zakir Həsənov







Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən şəhidlərlə vida mərasiminə Müdafiə Nazirliyinin rəhbərliyi də qatılıb.

Müdafiə naziri Zakir Həsənov mərasimdə çıxış edib:

“Bu gün burada danışmaq çətindi, ancaq biz bunu deməliyik. Yüzillərdir ermənilərin işğalçı siyasəti davam edir. Biz şəhidlərin qisasını alacağıq və torpaqlar işğaldan azad olunacaq. Buna əmin olun. Allah rəhmət eləsin”.

Qeyd edək ki, 4 günlük müharibədə şəhid olan Mİ-24 helikopterinin pilotları - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Bəkir İsmayılov, həmçinin polkovnik-leytenant Murad Telman oğlu Mirzəyevlə vida mərasimi keçirilir. Şəhidlər II Fəxri Xiyabanda dəfn ediləcəklər.
Geri dön