Ana Sayfa > Gündəm / Aia TV / Karusel > 7-ci mikrayondakı kazino fəaliyyətini bərpa edib - Kazino sahibi “Lotoxana”nı hər kəsə açıq elan edib - Video
7-ci mikrayondakı kazino fəaliyyətini bərpa edib - Kazino sahibi “Lotoxana”nı hər kəsə açıq elan edib - Video13-07-2015, 13:35. Yazar: admin |
Sakinlər bildirirlər ki, “kazinonu” işlədən Vüsal Rzayev hər kəsə “artıq problemin olmayacağı” mesajını verir Bir neçə həftə öncə mətbuatda Binəqədi rayonu, 7-ci mikrorayon, 1260- cı keçid, 69 a ünvanında VİP CLUB-da gizli kazino aşkar olunması ilə bağlı məlumatlar yayılmışdı. Həmin məlumatda qeyd olunurdu ki, Binəqədi rayonu, 7-ci mikrorayon, 1260- cı keçid, 69 a ünvanında VİP CLUB-da gizli kazino fəaliyyət göstərir. “Lotoxana” adlanan həmin gizli kazino “RİAD” Təhlükəsizlik xidmətinin sabiq əməkdaşı, bir neçə il əvvəl A.R CM-nin 234.1 maddəsi ilə məhkum olunan Vüsal Rzayev adlı şəxsə məxsus olduğu yayılan məlumatlar arasında yer alırdı. Kazino fəaliyyətinə “icazə almaq” üçün isə Vüsal Rzayevin 100 min manat verdiyi iddia olunurdu. Mətbuatda gedən xəbərdən sonra qanunsuz fəaliyyət göstərən kazinonun bağlandığı xəbəri yayıldı. Buna səbəb kazinonun gündəmə gəlməsi və hüquq mühafizə orqanlarının bu məsələdən xəbərdar olaraq araşdırma aparmaları ilə bağlı olduğu deyilirdi. Lakin bu müvəqqəti xarakter daşıyıb. Mətbuatın diqqəti gizli kazinodan yayınan kimi kazino yenidən öz fəaliyyətinə başlayıb. Bu barədə 7-ci mikrayon sakinlərinin AzFakt.com-a ünvanlanan məlumatında bildirilir. Sakinlərin bildirdiyinə görə hazırda həmin kazino fəaliyyət göstərir. Qeyd edək ki, Azərbaycanda kazinoların fəaliyyəti, eyni zamanda hər cür uduşlu oyunların oynanılması qadağan olunub. İstər mərhum prezidentmiz Heydər Əliyev, istərsə də hazırkı prezidentimiz İlham Əliyev dəflərlə ölkəmizdə kazinoların fəaliyyətinə çox mənfi yanaşıblar və qumarın Azərbaycanın mental və mənəvi dəyərlərinə zidd olduğunu vurğulayaraq, dəfələrlə bu tipli əyləncə mərkəzlərinin qadağan olunmasını və gizli fəaliyyət göstərən kazinoların balğlanmasını əlaqədar qurumlardan tələb ediblər. Lakin 7-ci mikrayonda “Lotoxana” adlanan kazinonun günün günorta çağında hər kəsin gözü qarşısında fəaliyyəti göstərməsi onu göstərir ki, hüquq-mühafizə orqanlarında çalışan bəzi məmurlar prezidentin bu tələbinə yumşaq desək, barmaqarası baxırlar. AzFakt.com-a daxil olan məlumatda göstərilir ki, təqribən bir ay əvvəl bir neçə gün fəaliyyətini durduran kazino sahibi Vüsal Rzayev klubda keçirilən loto oyununu artıq açıq-aşkara təşkil edir. Belə ki, artıq kazino hər kəsin üzünə açıqdır və bəzən burda yeniyetmələri də görmək mümkün olur. Vüsal Rzayev demək olar ki, özünün gizli kazino biznesini tamailə leqallaşdırıb. Hər halda Vüsal Rzayevin davranışları bunu göstərməkdədir. Hətta vəziyyət elədir ki, kazinoun əsas giriş qapılaır belə oyun təşkil ediləndə açıq qalır və ərazidən keçən hər kəs burada açıq aşkar loto oyunlarının keçirildiyini görürlər. Sakinlər bildirirlər ki, kazinonu işlədən Vüsal Rzayev hər kəsə “artıq problemin olmayacağı” mesajını verir. “Görünür açıq aşkar loto oyunları təşkil edən şəxs həqiqətən də kimlərləsə “dil” tapa bilib”, deyə AzFakt.com-a daxil olan məlumatda qeyd olunur. Məsələ ilə bağlı araşdırmamız davam edir. Kazinonun fəaliyyəti ilə bağlı videogörüntüləri təqdim edirik: Geri dön |