Ana Sayfa > Siyasət > Prezident hindistanlı həmkarına başsağlığı verdi

Prezident hindistanlı həmkarına başsağlığı verdi


11-04-2016, 15:57. Yazar: admin
Prezident hindistanlı həmkarına başsağlığı verdi






Azərbaycan Prezidenti İlham Əliyev Hindistan Prezidenti Pranab Mukherciyə başsağlığı verib.

"AİA.az" AzərTac - a istinadən xəbər verir ki, məktubda deyilir:

“Paravur şəhərindəki Puttinqal məbədində baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.
Geri dön