Ana Sayfa > Manşet / Parlament > Prezident İlham Əliyevin  müdrik siyasəti ilə Azərbaycan bu tarixi Zəfərə qovuşdu

Prezident İlham Əliyevin  müdrik siyasəti ilə Azərbaycan bu tarixi Zəfərə qovuşdu


24-12-2020, 10:30. Yazar: admin
Prezident İlham Əliyevin  müdrik siyasəti ilə Azərbaycan bu tarixi Zəfərə qovuşdu


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi 2003-cü ildən bu günədək geçən dövr ərzində Azərbaycan investisiya cəlb edən ölkədən investisiya yatıran ölkəyə çevrilmiş, özünün iqtisadi təhlükəsizliyini, ərzaq təhlükəsizliyini, enerji təhlükəsizliyini təmin edən ölkələr sırasında layiqli yerini tutmuşdur.

Ötən əsrin sonlarındada yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, onu inkişaf etdirməyi özünün əsas vəzifəsi hesab edən, dövlətçilik ənənələrini əldə rəhbər tutan ulu öndər Heydər Əliyev respublikamızda dövlət quruculuğunun və dövlətçiliyin inkişafının təməl prinsiplərinin əsasını yaratdı. Bu istiqamətdə həyata keçirilən iqtisadi islahatlar və strategiya nəticəsində ölkədə iqtisadi tənəzzülün qarşısı alındı və ictimai-siyasi sabitliyi təmin etmək mümkün oldu.
2003-cü ildən başlayaraq ümummilli liderin davamlı iqtisadi inkişaf modeli möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Daxili və xarici siyasət sahəsində qazanılan uğurlar, neft strategiyasının reallaşdırılması, ölkədə makroiqtisadi sabitliyin davamlılığının təmin edilməsi birbaşa Prezident İlham Əliyevin gərgin və çoxşaxəli fəaliyyətinin nəticələridir. Təsadüfi deyil ki, dövlət başçısının prezidentlik fəaliyyətində verdiyi ilk fərmanlar da məhz sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri və regionların sosial-iqtisadi inkişafı ilə bağlı olmuşdur. Xüsusilə vurğulamaq lazımdır ki,17 il ərzində ölkəmizdə heç bir sosial layihə təxirə salınmadı, Azərbaycan bu illər ərzində özünün keyfiyyətcə yeni iqtisadi modelini formalaşdıraraq Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrini genişləndirdi, Qafqaz nəqliyyat dəhlizinin inkişafı ilə yanaşı, nəhəng layihələrin gerçəkləşməsində mühüm rol oynadı. Bu gün də Azərbaycan iqtisadi baxımdan tam müstəqil bir siyasət həyata keçirir. Birmənalı olaraq demək lazımdır ki, bütün bu illər ərzində  Prezident cənab İlham Əliyevin  həyata keçirdiyi  siyasətin  strateji hədəfi  güclü Azərbaycan dövlətinin formalaşdırılması,  ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, müasir iqtisadi, sosial və mədəni infrastrukturun yaradılması, əhalinin sosial rifahının təmin edilməsi, sosial dövlət konsepsiyasının  inkişaf etdirilməsi,  ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsi,  güclü və müasir ordunun yaradılması və bu məqsədlərə çataraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli olmuşdur.  Ölkə Prezidentinin həyata keçirdiyi islahatlar ölkəmizin hərtərəfli inkşafını təmin etdi, Azərbaycan inkişaf etmiş ölkələr sırasında yer aldı.
Eyni zamanda da Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı xarici siyasət kursu Azərbaycanın milli maraqlarına xidmət etməklə, müstəqil fəaliyyəti və müstəqil xətti özündə əks etdirir. Bu gün dünyanın bütün ölkələrinin təsnifatını versək, onların heç də hamısının bu və ya digər məsələlərin həllində müstəqil olmadığını görə bilərik. Elə ölkələr var ki, ücüncü bir ölkənin və yaxud güc mərkəzinin təsiri altındadır və həmin güc mərkəzlərinin verdikləri tapşırıqları sözsüz yerinə yetirməkdədir. Bu ölkələrdən tamamilə fərqli olaraq dövlətimiz bütün sahələr üzrə, o cümlədən beynəlxalq sahədə müstəqil siyasət həyata keçirir. Əlbəttə ki, bu müstəqillik Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində ən vacib amillərdən biri oldu. Eyni zamanda da ölkənin iqtisadi qüdrəti güclü ordu quruculuğu üçün zəruri əlverişli şərait yaratdı. Dediyimiz kimi, bütün bu illər ərzində Azərbaycanın həllinə nail olmağa çalışdı ən mühüm məsələ torpaqlarımızın işğaldan azad edilməsi idi. Otuz ilə yaxın bir müddət ərzində davam edən bu işğal xalqımızın ən ağrılı problemi olmuşdur. Eyni zamanda da dövlət başçımızın bütün bu illər ərzində yürütdüyü daxili və xarici siyasəti, böyük məharətlə həyata keçirdiyi xarici diplomatiyası ilk növbədə məhz bu problemin həllinə yönəlmişdi. Bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin hər zaman şəxsən xüsusi diqqət mərkəzində saxladığı ordu quruculuğu məsələsi sözsüz ki, müstəsna önəm kəsb edir. Qeyd etmək lazımdır ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ordu quruculuğu işi sonrakı illərdə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Qısa müddət ərzində Silahlı Qüvvələrimiz tamamilə modernləşdirilmiş, hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutmuşdur. Ordumuz ən müasir silah və texnikalarla, yüksək texnoloji vasitələrlə təchiz olunmuşdur. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində mümkün oldu.
Son 30 il ərzində münaqişənin sülh yolu ilə həlli üçün bütün imkanları sınayan Azərbaycan 2020-ci il sentyabr ayının 27-də nəhayət düşməni sülhə məcburetmə əməliyyatlarına başlamalı oldu. Cəmi 44 gün ərzində ermənilər 5 ilə işğal etdikləri və 30 il ərzində möhkəmləndikləri torpaqlardan qovulub çıxarıldılar. Artıq noyabr ayının 10-da Paşinyan faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olan üçtərəfli bəyanatı imzalamaq məcburiyyətində qaldı. Azərbaycan bütün Cənubi Qafqazda yeni reallıqlar yaratmaqla özünün yeni tarixinin ilk və ən şərəfli səhifəsini yazdı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 17 il bundan əvvəl dövlətimizin idarəçilik sükanını öz əllərinə götürdüyü zaman xalqa verdiyi vədinə əməl etdi. Cənab Prezident o zaman demişdi ki, Azərbaycan öz torpaqlarını azad edəcək və lazım gələrsə biz bunu müharibə yolu ilə edəcəyik! Yeni əsrin yeni lideri olan Prezident İlham Əliyev  öz müdrik siyasəti ilə Azərbaycanı bu tarixi Zəfərə qovuşdurdu. Xalqımız ölkə Prezidentinin ətrafında dəmir yumruq kimi birləşərək düşmənə ölümcül zərbə endirdi. Bu birlik bundan sonra da davam edəcək və Azərbaycanı irəliyə doğru inamla aparacaq.  44 günlük İkinci Qarabağ müharibəsində qazanılmış möhtəşəm Tarixi Qələbə bunun ən möhtəşəm sübutudur!

Fuad Əliyev
AMEA-nın Gəncə bölməsinin sədri,
kimya elmləri doktoru, akademik
Geri dön