Ana Sayfa > İqtisadiyyat > Azərbaycan Qafqaz regionunda "Visa" kartları ilə ödəmələrin həcminə böyük töhfə verib
Azərbaycan Qafqaz regionunda "Visa" kartları ilə ödəmələrin həcminə böyük töhfə verib25-12-2020, 09:06. Yazar: sevinc1 |
Nağdsız ödənişlərdə əsas trend elektron kommersiyadır və burada sürətli artım qeydə alınıb. Bunu Trend-ə "Visa" şirkətinin Qafqaz regionu üzrə regional meneceri Kristina Doroş deyib. Onun sözlərinə görə, koronavirus pandemiyasının səbəb olduğu böhran müddətində internet təkcə satıcı və müştərilərin əməkdaşlıq etdiyi rahat məkan yox, bəzi hallarda alqı-satqı üçün yeganə vasitəyə çevrildi. Regional menecer bildirib ki, 2020-ci ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə Qafqaz regionunda onlayn ödəmələr 80 faiz artıb və Azərbaycan bu regionda "Visa" kartları ilə ödəmələrə böyük töhfə verib. K.Doroş əlavə edib ki, Azərbaycanda tokenləşmə əməliyyatlarının həcmində artım müşahidə olunur: "Mərkəzi Bankla birgə və bir sıra yerli bankların (Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Bank Respublika və VTB Bank Azərbaycan) dəstəyi ilə "Visa" ilə mobil tətbiqlə ödəyin" kampaniyas işə salındıqdan sonra mobil telefonlarla ödəmə dövriyyəsi 2,5 dəfə artıb. Əməliyyatların sayı isə təxminən 2 dəfə artıb". aia.az Geri dön |