Ana Sayfa > Karusel > Qoşqar Yaqubov: “Cənab Prezident İlham Əliyev müdrik siyasətçi və yenilməz sərkərdədir”

Qoşqar Yaqubov: “Cənab Prezident İlham Əliyev müdrik siyasətçi və yenilməz sərkərdədir”


21-12-2020, 16:06. Yazar: admin
Qoşqar Yaqubov: “Cənab Prezident İlham Əliyev müdrik siyasətçi və yenilməz sərkərdədir”


“Bu gün Azərbaycanın imza atdığı bütün yüksək nailiyyətlər, o cümlədən Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm tarixi qələbə Ölkə Prezidenti cənab İlham Əliyevin 2003-cü ildən bəri yürütdüyü düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir” – bu sözləri saytımıza verdiyi müsahibəsində TİAHİ Ağstafa Rayon Komitəsinin sədiri Qoşqar Yaqubov deyib.

İlk öncə Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar barədə əməkdaşımızın sualını cavablandıran Qoşqar Yaqubov bildirmişdir ki, bu gün Azərbaycanın iqtisadi müstəqilliyinin təmin olunmasında məhz bu islahatlar əsas rol oynamışlar. Müsahibimiz qeyd etmişdir ki, Ölkə Prezidenti cənab İlham Əliyevin bütün bu illər əzində qəbul etdiyi hər bir qərarı da ilk növbədə iqtisadiyyatımızın gücləndirilməsinə xidmət etmişdir: “Ulu Öndər Heydər Əliyevin çox gözəl bir kəlamı var: “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir.” 2003-cü ildən bəri Azərbaycanda məhz Heydər Əliyev siyasətini uğurla davam etdirən Ölkə Prezidenti cənab İlham Əliyev də bu günə qədər qəbul etdiyi hər bir qərarında ilk növbədə məhz Azərbaycanın iqtisadi inkişafını düşünmüş, bu sahədə ən yüksək nəticələrin əldə olunması üçün bütün lazımi tədbirləri həyata keçirmişdir. Daxili və xarici siyasət sahəsində qazanılan uğurlara, həmçinin neft strategiyasının reallaşdırılması, ölkədə makroiqtisadi sabitliyin davamlılığının təmin edilməsi sayəsində möhtəşəm nəticələrə görə cənab İlham Əliyev xalqın şəksiz liderinə çevrilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev 17 il ərzində daim deyirdi ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik. Möhtərəm dövlət başçımız məqsədyönlü fəaliyyəti və ciddi səyləri nəticəsində bunu təmin etdi. Bizim kifayət qədər güclü iqtisadi potensialımız və maliyyə resurslarımız imkan verdi ki, iqtisadi müstəqilliyi tam təmin edək. Bu da qələbənin əldə edilməsində xüsusi rol oynayırdı. Çünki əgər biz iqtisadi cəhətdən müstəqil olmasaydıq, biz siyasi müstəqillik əldə edə bilməzdik. Siyasi müstəqillik olmadan torpaqlarımızı düşməndən azad edə bilməzdik. Çünki onların arxasında böyük dövlətlər, o dövlətlərin çox nüfuzlu dairələri, erməni lobbi təşkilatları dayanmışdı.”
Daha sonra öz müsahibəsində güclü iqtisadiyyatın həm də ordu quruculuğu üçün zəruri şərt olduğunu vurğulayan Qoşqar Yaqubov, Azərbaycanın xüsusilə son 17 ildə bu istiqamətdə önəmli nailiyyətlərə imza atdığını da qeyd etdi: “Güclü iqtisadiyyat imkan verdi ki, Azərbaycan lazım olan hərbi texnikanı və silahları aldı. Ali Baş Komandan ordumuzu inkişaf etdirərkən ən qabaqcıl meyilləri nəzərdən keçirmişdir. Biz o silahları alırdıq ki, bu silahlar bizim üstünlüyümüzü təmin etsin və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Bu tarixi zəfərə imza atan Azərbaycan xalqı öz möhtəşəm qələbəsinin sevincini yaşamaqda davam edir. Dekabr ayının 1-də işğal altında olan son ərazilərimizdən, Laçın rayonundan erməni işğalçılarının çıxarılması ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Sözsüz ki, Azərbaycanın ən möhtəşəm qələbəsi olan bu tarixi zəfər də Ali Baş Komandan cənab İlham Əliyevin adı ilə bağlıdır.”
Müsahibənin sonunda Qoşqar Yaqubov Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbəni şərtləndirən əsas amillərdən biri kimi ölkəmizdə mövcud olan xalq-dövlət birliyinin olduğunu xüsusi vurğulamışdır: “Birmənalı olaraq qeyd olunmalıdır ki, bu gün Azərbaycanın bütün uğurlarının əsasında duran ən vacib məqamlardan biri xalq-iqtidar birliyidir. Bu məqamı öz çıxışlarında Ölkə Prezidenti cənab İlham Əliyev də dəfələrlə vurğulamışdır. Torpaqlarımızın azad edilməsi uğrunda apardığımız bu Vətən müharibəsində də Azərbaycan xalqı öz Prezidentinin ətrafında bir polad yumruq kimi birləşdi və bu yumruq son nəticədə düşmənin başını əzdi. Məhz bu birliyi parçalamaq, insanlarımızda dövlətə qarşı inamsızlıq hissi yaratmaq məqsədilə düşmən mütəmadi olaraq ən çirkin təxribatlara əl atdı. Hərbi əməliyyatlar zonasından kifayət qədər uzaqda yrləşən şəhər və rayonlarımız raket atəşinə tutuldu, dinc əhali hədəfə alındı. Lakin bütün bunlar Azərbaycan xalqını sarsıda bilmədi. Əksinə yumruq daha möhkəm sıxıldı və düşmən son nəticədə ölümcül zərbə aldı.”
Geri dön