Ana Sayfa > Karusel / İqtisadiyyat > Bazarda valyuta artıqlığı müşahidə olunub, nəinki qıtlığı -
Bazarda valyuta artıqlığı müşahidə olunub, nəinki qıtlığı -23-12-2020, 12:49. Yazar: sevinc1 |
2020-ci il pandemiya ilə mübarizə şəraitində keçib, qlobal iqtisadiyyat azalıb və proqnozlara əsasən növbəti ildə də azalacaq. Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. E.Rüstəmov bildirib ki, bütün bunlar Azərbaycana da təsir edib, lakin görülən tədbirlər nəticəsində makroiqtisadi sabitlik təmin edilib. Mərkəzi Bankın sədri qeyd edib ki, Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollar səviyyəsindədir, Mərkəzi Bankın ehtiyatları isə 3 faizə qədər artıb. Manatın məzənnəsinə gəlincə isə E.Rüstəmov bildirib ki, bununla bağlı heç bir narahatlıq yoxdur. o qeyd edib ki, Azərbaycanda valyuta ehtiyatlarının sabitiyi onu göstərir ki, bazarda valyuta artıqlığı müşahidə olunub, nəinki valyuta qıtlığı”. aia.az Geri dön |