Ana Sayfa > Gündəm / İqtisadiyyat > Növbəti il neftdən gələn gəlirin 4 faiz azalması nəzərdə tutulur -
Növbəti il neftdən gələn gəlirin 4 faiz azalması nəzərdə tutulur -23-12-2020, 11:58. Yazar: sevinc1 |
Növbəti ildə neft sektorundan gələn gəlirin xüsusi çəkisinin 4 faiz azalması nəzərədə tutulur. Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, əsas məqsədlərdən biri qeyri-neft sektorunun gəlirlərdə xüsusi çəkisinin artırılmasıdır. "Gələn il qeyri-neft sektorundan 5 milyard 674 milyon manat vergi daxilolmaları gözlənilir". S.Şərifov vurğulayıb ki, koronavirus pandemiyası ilə əlaqədar bir sıra vergi güzəştlərinin tətbiqinə nəzərə alaraq bu il mənfəət vergisində artım gözlənilmir. aia.az Geri dön |