Ana Sayfa > Qərbi Azərbaycan > Koronavirus testini limitsiz etsək, real xəstələr kənarda qala bilər -

Koronavirus testini limitsiz etsək, real xəstələr kənarda qala bilər -


23-12-2020, 11:08. Yazar: sevinc1
Koronavirus testini limitsiz etsək, real xəstələr kənarda qala bilər -



Əgər biz COVİD-19-a görə testi limitsiz şəkildə etməyə cəhd göstərsək, simptomları olmayan xəstələrin müraciətlərinə baxılsa, real xəstələr kənarda qala bilərlər. Ümumdünya Səhiyyə Təşkilatının da verdiyi tövsiyə budur. Buna əsaslanaraq nəticə çıxarırıq ki, kimdən test götürmək olar.

Trend-in məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı "Real TV"yə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu kriteriyalar əsasında gün ərzində 15-20 min nəfərdən test götürülür.

R.Bayramlı qeyd edib ki, şəxsin burnundan alınan yaxma nəticəsində testin nəticəsi pozitiv olubsa və onda xəstəliyin kəskin dövrüdürsə, həmin şəxsin qanından da analiz götürərək qan zərdabında immunoqlobulin M anticisimlərinin varlığı araşdırılır. Bu anticisimlər xəstəliyin kəskin dövründə yaranan anticisimlərdir:

"Şəxsin virusa yoluxduğu diaqnozunu qoya bilmək üçün mütləq şəkildə yuxarı tənəffüs yollarından alınmış nümunələr PSR üsulu ilə analiz edilməlidir. Həmin analizin nəticəsi önəmlidir. Bizə tez-tez bu sual verilir ki, özünün yoluxmasından şübhələnən hər kəs bu testi etməlidirmi? Xəstəliyin əlamətlərini daşıyanlar, yəni hərarəti olanlar, yuxarı tənəffüs yollarında dadbilmə, qoxu bilməni itirənlər ərazi üzrə yaşadıqları poliklinikalara müraciət edirlər".

aia.az
Geri dön