Ana Sayfa > Karusel / Təhsil > Bakıda ad günü keçirən məktəb direktoru və məclis iştirakçıları cəzalandırıldı

Bakıda ad günü keçirən məktəb direktoru və məclis iştirakçıları cəzalandırıldı


23-12-2020, 10:17. Yazar: sevinc1
Bakıda ad günü keçirən məktəb direktoru və məclis iştirakçıları cəzalandırıldı


Bakıda ad günü məclisi təşkil edən məktəb direktoru qanunvericiliyə uyğun cəzalandırılıb.

Bu barədə aia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədovanın doğum günü məclisi təşkil etməsi ilə bağlı videomateriallar yayılandan sonra Daxili İşlər Nazirliyinin əməkdaşları araşdırmalara başlayıb.

Araşdırmaların nəticəsi olaraq N.Məmmədova başda olmaqla məclisdə iştirak edən bir neçə nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsilə protokollar tərtib edilib. Məclisin digər iştirakçılarının da müəyyən edilməsi üçün tədbirlər davam etdirilir.

aia.az
Geri dön