Ana Sayfa > Karusel / Dünya > Paşinyanın istefasını tələb edən şəhər meri həbs edildi

Paşinyanın istefasını tələb edən şəhər meri həbs edildi


22-12-2020, 17:17. Yazar: sevinc1
Paşinyanın istefasını tələb edən şəhər meri həbs edildi


Ermənistanın Sünik bölgəsinin Kəcəran şəhərinin meri Manvel Paramazyan tutularaq İrəvana aparılıb.

Trend xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

O, baş nazir Nikol Paşinyanın istefasını tələb edirdi. Kəcəran merinin hansı ittihamla həbs olunduğu açıqlanmır.

“İzvestiya” müxbirinin verdiyi məlumata görə, Paramazyan əvvəllər Paşinyanın istefasını tələb etmiş və eyni zamanda onun Sünik bölgəsinə səfərinə qarşı çıxmışdı.

aia.az
Geri dön