Ana Sayfa > Gündəm > Ermənilər Paşinyana qarşı ümumxalq tətilinə başlayır
Ermənilər Paşinyana qarşı ümumxalq tətilinə başlayır22-12-2020, 10:52. Yazar: sevinc1 |
![]() Bu gün Ermənistanda növbəti dəfə hökumət əleyhinə etiraz aksiyası təşkil olunacaq. Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıblar. Bildirilir ki, İrəvanda keçiriləcək mitinqin əsas tələbi baş nazir Nikol Paşinyanın istefası olacaq. Etiraz aksiyasının təşkilatçıları əsas müxalifət partiyalarıdır. Onlar xalqı tətilə çağıracaqlar. Günorta saatlarına planlaşdırılan mitinqdən sonra etiraz aksiyalarının genişlənəcəyi, ümumxalq tətilinə çevriləcəyi, bütün yolların bağlanacağı gözlənilir. Aksiya iştirakçıları küçələrdə çadırlar quracaqlarını deyiblər. Qeyd edək ki, son günlər Ermənistanda etiraz aksiyaları intensiv hal alıb. aia.az Geri dön |