Ana Sayfa > Karusel / Siyasət > Azərbaycanla Əfqanıstan arasında hərbi əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Əfqanıstan arasında hərbi əməkdaşlıq müzakirə edilib


22-12-2020, 10:28. Yazar: sevinc1
Azərbaycanla Əfqanıstan arasında hərbi əməkdaşlıq müzakirə edilib


Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ölkəmizdə səfərdə olan Əfqanıstanın milli təhlükəsizlik müşaviri Hamdullah Mohibin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, görüş zamanı hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən hər iki dövlətin silahlı qüvvələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

General-leytenant K.Vəliyev Əfqanıstan nümayəndə heyətinə regiondakı təhlükəsizlik vəziyyəti, eyni zamanda Azərbaycanın Ordusunun Vətən müharibəsində əldə etdiyi qələbə və həyata keçirdiyi əks-hücum əməliyyatı barədə ətraflı məlumat verib.

aia.az
Geri dön