Ana Sayfa > Ölkə > Evi tərk edən daha 27 koronavirus xəstəsi saxlanılıb
Evi tərk edən daha 27 koronavirus xəstəsi saxlanılıb22-12-2020, 10:18. Yazar: sevinc1 |
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 21-də epidemiya əleyhinə, sanitariya-gigiyena karantin rejiminə əməl etməyən 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb. Bu barədə aia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 21 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir. aia.az Geri dön |