Ana Sayfa > Manşet / Gündəm > Vətən Müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni

Vətən Müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni


21-12-2020, 17:39. Yazar: sevinc1
Vətən Müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni



Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından dekabrın 21-dək dəfn edilənlərin adını açıqlayıb. Nazirkdən Adalet.az-a verilən məlumatda qeyd edilir ki, bu vaxta qədər 2802 nəfər dəfn edilib. Dəfn edilənlərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumat təqdim olunur.

Qeyd edək ki, hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlər davam etdirilir.

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı
Geri dön