Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Nə üçün maska taxmalıyıq? -

Nə üçün maska taxmalıyıq? -


21-12-2020, 09:00. Yazar: sevinc1
Nə üçün maska taxmalıyıq? -


Qoruyucu maskalar taxmaq koronavirus pandemiyasını dayandıra bilməz.

Bir sıra alim bu barədə fikirlərini “The Daily Mail” ilə bölüşüblər.

Edinburq Universitetinin virusoloqu Pol Digard infeksiyanın hava-damcı yolu ilə keçdiyini bildirib. Bir insan öskürür və ya asqırırsa, damlacıqlardakı virus havaya atılır. Virus özü çox kiçik olduğu üçün asanlıqla maskanı aşır, ancaq virus böyük su damcılarında olarsa artıq maneəni keçə bilməz.

London Gigiyena və Tropik Tibb Məktəbinin professoru Jimmi Vitvort maskaların düzgün istifadə edildiyi zaman təsirli olduğunu, yəni bir insanın ağzının və burnunun örtülməsinin lazım olduğunu söyləyib.

“Maskaların hansı təsir göstərdiyini dəqiq bilmirik. Ancaq sağlam düşüncə maska taxmağı tələb edir”, deyə o bildirib.

aia.az
Geri dön