Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-7 > “Dünya Bankı Azərbaycanda gedən islahatları yüksək qiymətləndirir”

“Dünya Bankı Azərbaycanda gedən islahatları yüksək qiymətləndirir”


20-12-2020, 21:25. Yazar: admin
“Dünya Bankı Azərbaycanda gedən islahatları yüksək qiymətləndirir”


Bu günlərdə Dünya Bankının Daxili Auditi 2020-ci ilə dair Bankın Doing Business Hesabatında 4 ay əvvəl qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı müstəqil araşdırma apararaq müvafiq düzəlişlər edib. Qurumun 16 dekabr 2020-ci il tarixli press relizində əksini tapmış yekun nəticələrə görə Azərbaycanının mövqeyi 6 pillə yaxşılaşdırılmış, ölkəmiz otən ildə olduğu kimi yenə də dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olub.



Aia.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov bildirib.



Deputat qeyd edib ki, əvvəllər vəziyyət o qədər də yaxşı deyildi:

“Çünki obyektiv qiymətləndirmə aparılmırdı. Həmin vaxt anlaşılmazlıq hesabatda Azərbaycanda 3 istiqamətdə - elektrik təchizatı şəbəkələrinə qoşulma, müqavilələrin icrası və sərhəddə ticarət indikatorları üzrə aparılmış islahatlarla bağlı reallığı düzgün əks etdirilməməsi səbəbindən yaranıb. Bundan öncə “Doing Business 2020” ilkin hesabatında göstərilən sahələr üzrə ölkəmizin nailiyyətləri daha az balla qiymətləndirilmişdi. Obyektiv qiymətləndirmələrdən sonra hesabatda Azərbaycanın əldə etdiyi nailiyyət 76,7 baldan 78,5 bala qədər yüksələrək qlobal reytinq sıralamasında onun mövqeyini 191 ölkə arasında 34-dən 28-ə qədər qalxmasını təmin edib”.
Məşhur Məmmədov ölkədə aparılan geniş miqyaslı islahatların rolundan da bəhs edib:
“Ölkəmizdə aparılan geniş miqyaslı islahatlara diqqət çəkmək istərdim. Məhz bu islahatlara dəstək verən Dünya Bankı 1992-ci ildən Azərbaycanla əməkdaşlıq edir. Təbii ki, bu əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Bu baxımdan Doing Business Hesabatında qeydə alınmış məqamlarla bağlı müstəqil araşdırma bu qurumun yüksək peşəkarlığını göstərməklə yanaşı, Azərbaycanın Dünya Bankı, istərsə də digər tərəfdaşları ilə münasibətlərində dürüstlüyün ən mühüm dəyər olduğuna dəlalət edir. Gələcəkdə də bu cür müsbət və ədalətli yanaşmanın tərəfdarıyıq”.

Aia.Az
Geri dön