Ana Sayfa > Ölkə > Şəhid ailələri üzvlərindən artıq 1300-dək şəxsə pensiya, müavinət və təqaüd təyin olunub

Şəhid ailələri üzvlərindən artıq 1300-dək şəxsə pensiya, müavinət və təqaüd təyin olunub


18-12-2020, 17:02. Yazar: sevinc1
Şəhid ailələri üzvlərindən artıq 1300-dək şəxsə pensiya, müavinət və təqaüd təyin olunub



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən şəhid ailəsi üzvlərinə müvafiq sosial ödənişlərin təyinatı işləri davam etdirilir.

Nazirlikdən aia.az-a bildirilib ki, Fond 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən artıq 1300-dək şəxsə sosial təminat növləri üzrə ödənişlərin – Prezidentin aylıq təqaüdünün, həmçinin pensiya və müavinətlərin təyinatını həyata keçirib.

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinin və müharibə iştirakçılarının sosial təminat hüquqlarının təminatına operativ dəstək göstərilməsi xüsusi diqqətdə saxlanılır.

aia.az
Geri dön