Ana Sayfa > Karusel / Ölkə > Karantini pozanlar üçün cərimələr artırıldı
Karantini pozanlar üçün cərimələr artırıldı18-12-2020, 12:14. Yazar: sevinc1 |
Karantin rejimini pozanlar daha böyük məbləğdə cərimə ediləcək. Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilın plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Dəyişiklikdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslərin 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilməsi, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs olunması, hüquqi şəxslərin 5 min manatdan 11 min manatadək məbləğdə cərimə edilməsi təklif edilir. Hazırda isə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadəkmüddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir. Məcəlləyə dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub. aia.az Geri dön |