Ana Sayfa > Gündəm / Seçilənlər-4 > Döyüşlərdə əsir götürülən olub?
Döyüşlərdə əsir götürülən olub?9-04-2016, 12:35. Yazar: admin |
Aprelin 2-4-də Dağlıq Qarabağ münaqişəsi zonasında, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gedən qızğın döyüşlərdən sonra Azərbaycan və Ermənistan tərəfdə hərbi əsirlərin olmasına dair məlumat yoxdur. Bununla bağlı sorğusuya cavab olaraq Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, hələ ki, son döyüşlərdən sonra BQXK-ya tərəflərdən hərbi əsirlərlə bağlı müraciətlərin daxil olmasına dair məlumat yoxdur. Qeyd edək ki, tərəflər də özlərində hər hansı hərbi əsirin olması barədə heç bir rəsmi məlumat verməyiblər. Geri dön |