Ana Sayfa > Dünya > Baydendən ilk -
Baydendən ilk -18-12-2020, 09:36. Yazar: sevinc1 |
Cozef Bayden Deb Haalandı ABŞ Daxili İşlər Nazirliyinin başçısı vəzifəsinə namizəd göstərəcək. Trend-in məlumatına görə, 60 yaşlı Haaland Nyu Meksiko ştatının qərbi-mərkəzi hissəsində yerləşən Albukerk şəhərində məskunlaşan Pueblo xalqının nümayəndəsidir. Namizəd rəhbər vəzifədə təsdiqlənərsə, Haaland ABŞ-ın yerli amerikan xalqlarından olan ilk nazir olacaq. Bildirilir ki, Nümayəndələr Palatasının sədri Nensi Pelosi baydenin seçimini dəstəkləyib. "Prezident onu Daxili İşlər Naziri seçmişdisə, əla seçim etdi" - Pelosi deyib. aia.az Geri dön |