Ana Sayfa > Karusel / Gündəm > Ağdamda FHN-in yerli strukturu fəaliyyətə başladı
Ağdamda FHN-in yerli strukturu fəaliyyətə başladı17-12-2020, 13:07. Yazar: sevinc1 |
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının formalaşdırılmasını davam etdirir. FHN-dən aia.az -a verilən məlumata görə, Ağdam rayonu, Qızıl Kəngərli kəndində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə bölməsi fəaliyyətə başlayıb. Bölmə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib. Xatırladaq ki, bundan əvvəl FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlayıb. aia.az Geri dön |