Ana Sayfa > Manşet / Gündəm > Döyüş bölgəsindən 314 Azərbaycan, 775 Ermənistan hərbçisinin meyiti çıxarılıb

Döyüş bölgəsindən 314 Azərbaycan, 775 Ermənistan hərbçisinin meyiti çıxarılıb


17-12-2020, 11:23. Yazar: sevinc1
Döyüş bölgəsindən 314 Azərbaycan, 775 Ermənistan hərbçisinin meyiti çıxarılıb


“Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn vəzifələrdən biri əsir və girovların, meyitlərin humanitar məqsədlərlə dəyişdirilməsinin təmin olunmasıdır. Tərəflər ilk növbədə döyüş bölgəsində qalmış hərbçilərin meyitlərinin ərazilərdən götürülməsi prosesinə başlayıblar”.
Azvision.az -ın xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, bu istiqamətdə işlər Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə həyata keçirilir:

“Proses başlayandan bu günədək döyüş bölgəsindən 314 Azərbaycan hərbçisinin, 775 Ermənistan hərbçisinin meyiti çıxarılıb. Hazırda bu proses davam etdirilir".

aia.az
Geri dön