Ana Sayfa > Gündəm / Seçilənlər-6 > Sumqayıt şəhid oğlunu yola saldı
Sumqayıt şəhid oğlunu yola saldı9-04-2016, 11:52. Yazar: admin |
Sumqayıt şəhərində aprelin 6-sı axşam saatlarından başlayan şəhidlərə dəstək aksiyası səhərədək davam etdi. Əllərində Azərbaycan, Türkiyə bayrağı tutmuş gənclər şəhərin küçələrini dolaşır “şəhidlər ölməz, vətən bölünməz!”,”Qarabağ bizimdir, əzəli yurdumuzdur!” “Azərbaycan əsgəri ən böyük əsgər!” şuarlarını səsləndirirdilər. Aprelin 7-si aksiya iştirakçıları saat 10-radələrində 1996-cı il təvəllüdlü Tərtərdə şəhid olduş Şulan Bayramovu son mənzilə yola salmaq üçün yaşadığı evin qarşısına toplaşdılar. Binanın qarşısında şəhidi son mənzilə yola salmaq üçün təxminən 1000-nə yaxın fəal toplaşmışdı. Onlar “Ali Baş Komandan əmr ver, cəbhəyə gedək!” kimi şüarlar da səsləndirirdilər. Dəfn mərasimində bir çox tanınmış adamlar, o cümlədən, Milli Məclisin deputatı Qənirə Paşayeva da iştirak edirdi. Saat 12-də şəhidin nəşi Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa tapşırıldı. Allah bütün şəhidlərimizi rəhmət eləsin! Şirxanlı Rövşən Geri dön |