Ana Sayfa > Gündəm / Seçilənlər > "Cəbrayıl rayonuna xoş gəlmisiniz" - Bayraq sancıldı - FOTO
"Cəbrayıl rayonuna xoş gəlmisiniz" - Bayraq sancıldı - FOTO9-04-2016, 11:48. Yazar: admin |
Facebookda Azərbaycan Ordusunun əsgərlərinin Cəbrayıl rayonunun girişində olduğunu əks etdirən fotoları yayılıb. Aia.az avtosfer.az-a istinadən bildirir ki, Laçın rayon sakini Nicat Nağdalı tərəfindən yayılmış fotolarda üzərində "Cəbrayıl" sözü yazılmış, lakin xeyli köhnə dirək əks olunub. Həmin dirəyin üzərində isə Azərbaycan bayrağı dalğalanır. Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl rayonunun düşmən işğalından azad edildiyi barədə hər hansı bir məlumat verməyib. Aia.az-ın məlumatına görə, üzərində yazı olan həmin dirək işğaldan azad edilmiş Lalə təpənin solunda, yol kənarında, "Üzümlük" deyilən ərazidədir. Avtosfer.az-ın məlumatına görə, bu ərazi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndidir. Bu kənd 1994-cü ildə işğaldan azad edilsə də, yüksəkliklər ermənilərin əlində olduğu üçün oraya yaxınlaşmaq mümkün deyildi. Lakin artıq ətrafdakı yüksəkliklər geri alındığı üçün Cocuq Mərcanlı kəndi də Azərbaycan Ordusunun nəzarətinə keçib. Gördüyünüz yazı isə sovet hakimiyyəti illərində kəndin girişində Cəbrayıl rayonuna daxil olmağı bildirən yazıdır. Bu dirəkdə həm də "Xoş gəlmişsiniz" sözləri yazılıb. Azərbaycan Ordusunun əsgərləri həmin dirəyin üzərinə bayrağımızı sancıblar. Hazırda isə həmin kəndin ərazisi minalardan təmizlənir. Bu qürurverici mənzərəni sizinlə paylaşmaq istəyirik... Geri dön |