Ana Sayfa > Qərbi Azərbaycan > COVİD-19-un müalicəsi üçün antibiotiklərdən sərbəst şəkildə istifadə yolverilməzdir -
COVİD-19-un müalicəsi üçün antibiotiklərdən sərbəst şəkildə istifadə yolverilməzdir -16-12-2020, 12:08. Yazar: sevinc1 |
İnsanların COVİD-19-un müalicəsi üçün həkim təyinatı olmadan antibiotiklərdən sərbəst şəkildə istifadə etməsi yolverilməzdir. Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, insanların bütün hallarda antibiotikləri apteklərdən özbaşına alması düzgün deyil: “Pandemiya bitəcək, amma istifadə edilən bu ağır dərmanların fəsadları qalacaq. Hələki koronavirusun müalicəsi üçün dərman vasitəsi yoxdur. Həkimlərin məsləhət bildiyi dərmanlar sadəcə ağrıları azaltmaq üçündür”. aia.az Geri dön |