Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycanda oktyabrın ortalarından sonra yoluxma sayında 10 dəfəyə qədər artım olub -
Azərbaycanda oktyabrın ortalarından sonra yoluxma sayında 10 dəfəyə qədər artım olub -16-12-2020, 11:58. Yazar: sevinc1 |
Azərbaycanda oktyabr ayının ortalarından sonra yoluxma sayında 10 dəfəyə qədər artım olub. Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, bütün dünyada yoluxma sayı sürətlə artır: “Son 10 gündə yoluxma sayının gün ərzində 2000-3000 olmaqla, sabitləşdiyini görürük. Bu, yaxşı bir xəbərdir. Karantin tədbirləri insanları qorumaya yönəlib. Əlimizdə dərman və vaksin yoxdur. Bütün dünyada karantin tədbirlərinin faydasını görürük. Bunu müşahidə edirik ki, karantin tədbirləri nə qədər çox tətbiq edilərsə, yoluxma sayı azalır. Adətən, karantindən 1 həftə keçdikdən sonra yoluxma sayındakı azalmanı gördük. Azərbaycanda da bunu müşahidə edirik”. Geri dön |